M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Hacıbəyovlar nəslinin görkəmli nümayəndələri – bəstəkarlar Soltan Hacıbəyovun (1919-1974) və oğlu İsmayıl Hacıbəyovun (1949-2006) yaradıcılıqlarına həsr edilmiş konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, əvvəlcə musiqişünas Vəfa Abbasova hər iki bəstəkarın yaradıcılq yolu haqqında məlumat verib.
Daha sonra Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Hər iki bəstəkarın əsərlərinin yer aldığı konsert proqramı alqışlarla qarşılanıb.