Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində pianoçu, Əməkdar müəllim Nigar Nəcəfovanın 60 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Aprelin 3-də gerçəkləşən tədbirdə əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Milli Məclisinin deputatı Aydın Mirzəzadə çıxış edərək N.Nəcəfovanın ömür yolu və fəaliyyəti haqqında söz açıblar.

Sonra konsert proqramı təqdim olunub. Bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Buta” instrumental ansamblı (bədii rəhbər: Prezident mükafatçısı Rövşən Qurbanov) müşayiəti ilə solistlər – Xalq artistləri Zabit Nəbizadə, Teyyub Aslanov, Ənvər Sadıqov, Əməkdar artistlər Gülüstan Əliyeva, İlham Nəcəfov, Rəşad İlyasov, respublika və beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Rəvanə Qurbanova, Züleyxa Abdullayeva, Nigar Hüseynli, Banu Tağıyeva və Hidayət Sadıqov çıxış ediblər.

Proqramda Azərbaycan xalq mahnıları, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri
səsləndirilib. Bütün ifalar alqışlarla qarşılanıb.