Milli Kitabxanada 27 mart – Dünya Teatr Günü münasibətilə sərgi açılıb.

Sərgidə Azərbaycanda teatr sənətinin zəngin tarixi, peşəkar teatrın inkişafı, səhnə fədailəri, ölkəmizdən xaricdə Azərbaycan teatrlarının mövcudluğu, dünyanın məşhur teatrları, görkəmli aktyorları, rejissorları haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Dünya Teatr Günüdür (World Theatre Day) 1961-ci ildə UNESCO nəzdində Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.

Əlamətdar gün münasibətilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edir. Bu ənənənin əsasını fransalı yazıçı, dramaturq, rejissor Jan Kokto (1889–1963) qoyub.

Bu il Beynəlxalq Teatr İnstitutu tərəfindən yunanıstanlı rejissor, Beynəlxalq Teatr Olimpiadası Komitəsinin sədri Teodoros Terzopulos Dünya Teatr Günü mesajının müəllifi seçilib.