Qazax Dövlət Dram Teatrının kollektivi Novruz bayramında balaca tamaşaçılarını sevindirmək üçün hazırlanan yeni səhnə işini təqdim edib.
“Ünsürlərin sirri – bulağın sehri” adlı nağıl-tamaşa təbiətin oyanışını özünəməxsus şəkildə ifadə edir. Səhnə əsəri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansı alqışlarla müşayiət olunub.
Ceyhun Vəlizadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Allahverdi Musayevdir. Rolları Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Rüfət Ömər, Aytac Cəfərova, Zəmanə Dərviş, Vüsal Hüseynov, Məmməd Hacalıyev və Əhməd Musayev ifa edirlər.