Martın 7-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, həkim, şair və publisist Tamilla Axundovanın yaradıcılıq gecəsi keçirilib.
Gecənin proqramında tanınmış aktyor və musiqiçilərin ifasında müəllifin şeirləri və sözlərinə yazılmış musiqi əsərləri səsləndirilib.
Əməkdar artist Nərgiz Cəlilovanın aparıcı olduğu yaradıcılıq gecəsində Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Flora Naci, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina, Əməkdar artistlər – Bella Safina, Şölə Səfərəliyeva və Maqsud Məmmədov, bəstəkar və ifaçı Sevinc İbrahimova, “Yuğ” teatrının aktrisası Günəş Təkin, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Məmmədova, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru və aktrisası Fəridə Nesterenko, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Yuliya Heydərova, bəstəkar və pianoçu Murad Muradov, qiraətçi Umar Qasımov, musiqiçilər – Şükufə Rəsulova, Gülnar İrşadi, Aytən Əliyeva, Intizam Qasımov, Xəyal Şərifov və Toğrul Qasımov, "OCAG" qrupu çıxış ediblər.
Tədbirdə Tamilla Axundovanın həyat yoldaşı – Xalq rəssamı Fərhad Xəlilovun əsərləri də nümayiş olunub.