Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə teatrların qastrol səfərləri davam edir. Qastrol proqramına uyğun olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Lənkəranda olub.

Yaradıcı heyət məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyasını uğurla nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Səhnə əsəri Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəralarından bəhs edir. Gülüş dolu tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Fərid Rzayev, Ruslan Mürsəlov ifa ediblər.

Səhnə əsəri lənkəranlı sənətsevərlər tərəfindən maraqla qarşılanıb.