Bakı Dövlət Sirkinin təşkilati dəstəyi ilə Moskvanın Svetnoy Bulvardakı məşhur Yuri Nikulin Sirki 10 ildən sonra yenidən, martın 15-də paytaxtımıza gəlir.

Bakı Dövlət Sirkindən verilən məlumata görə, proqramda Yuri Nikulin Sirkinin müxtəlif festivallarda mükafatlara layiq görülən dünyaşöhrətli artistləri çıxış edəcək.

Həm uşaq, həm də böyüklər üçün olan nəzərdə tutulan proqram rəqqasların hər nömrədən öncə göstərdikləri unikal rəqsləri ilə də yaddaqalan olacaq.

Gözoxşayan fərqli kostyumlar və səhnə dekorları məşhur Yuri Nikulin Sirkinin müasir standartlarına uyğun qurulub.

Sirk tamaşaları həftə sonları (şənbə, bazar) və Novruz bayramı günlərində gündə 2 seans təşkil olunacaq.

Proqram Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) nümayiş ediləcək.