Ağdam Dövlət Dram Teatrında (Quzanlı qəsəbəsi) Nemət Tahirin “Gecəyarı dönüş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.
Qarabağ müharibəsindən bəhs edən səhnə tamaşada rolları teatrın aktyorları Elmir Uğurlu, Nuranə Əliyeva, Elman Məhərov, gənc aktyorlar Zərifə Ağayeva və Rüstəm Məmmədov ifa ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.