Lənkəran Dövlət Dram Teatrında "Kimlər gəldi, kimlər getdi..." layihəsi çərçivəsində teatrın tanınmış aktyoru, Əməkdar artist Adil Zeynalovun (1960-2020) xatirə gecəsi keçirilib.
Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, Lənkəran Dövlət Dram Teatrı və Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə iştirakçılar teatrın foyesində Adil Zeynalovun həyat və səhnə fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
Çıxışlarda aktyorun zəngin yaradıcılıq yolu, sənətə verdiyi töhfələrdən söhbət açılıb, həmçinin həmkarları onunla bağlı xaitərlərini bölüşübər.
Daha sonra aktyorun həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub, mahnı və şeirlər səsləndirilib.