Milli Kitabxanada Azərbaycan xalqının tarixində və yaddaşında heç vaxt silinməyəcək Xocalı soyqırımının (26 fevral 1992-ci il) 33-cü ildönümü ilə bağlı sərgi hazırlanıb.

Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə erməni faşizminin törətdiyi Xocalı qətliamı, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, Xocalı soyqırımının dəhşətli məqamları haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: https://anl.az/el/vsb/Xocali_soyqirimi/index.htm