Martın 1-də Muzey Mərkəzinin və Bakı Müasir Musiqi Cəmiyyətinin birgə layihəsi çərçivəsində tannmış bəstəkar, Əməkdar incəsənət xadimi Aydın Əzimin yaradıcılığına həsr olunmuş “Muzeydə musiqi gecələri” konsert-portreti keçiriləcək.

Tədbirin moderatoru musiqişünas Vəfa Abbasova olacaq.

Konsert proqramına bəstəkarın "La Makam", "Sonuncu Romul", "Axan su", "Sonata-poema" və "Sonaxanım" əsərləri daxildir. Musiqi əsərləri tanınmış solistlər – Humay Qasımzadə (fortepiano), Atabala Manafzadə (fortepiano), Fatimə Nəsirli (skripka), Elşən Məmmədov (qoboy) və Kamil Hüseynzadə (vibrafon) tərəfindən ifa olunacaq.

Tədbir Muzey Mərkəzinin akt zalında saat 19:00-da başlayacaq. Giriş sərbəstdir.

"Muzeydə musiqi gecələri" layihəsinin əsas məqsədi Azərbaycan bəstəkarlarının konsert-portretlərini təşkil etmək və onların yaradıcılığının özəlliklərini təbliğ etməkdir.