Fevralın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin (1945-1986) 80 illiyi münasibətilə “Bəyin oğurlanması” filmi nümayiş olunub.

Filmi Yasamal rayon 286 və 167 nömrəli  tam orta məktəblərin  müəllim və şagird kollektivi izləyib.

Əvvəlcə Səməndər Rzayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Aktyorun televiziya tamaşalarında, filmlərdə yaratdığı maraqlı obrazlar qalereyasından söz açılıb. 
Sonra iştirakçılar "Bəyin oğurlanması" filmini izləyiblər. Film 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən çəkilmiş filmdə Əməkdar artist Səməndər Rzayev sovxoz müdiri Hidayət müəllim obrazını canlandırıb.
S.Rzayev eyni zamanda “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü” və s. filmlərdə də yaddaqalan obrazlar yaradıb.