Azərbaycan Turizm Bürosu Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, səfər zamanı onlara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları, o cümlədən Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ətraflı məlumat verilib. Planlaşdırılmış marşrut çərçivəsində bir sıra turizm potensialı olan məkanlar ziyarət edilib.
Həmçinin səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389 min 173 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.