Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında “Azad” rəqs qrupunun “15 il sizinlə” adlı hesabat konserti keçirilib.
Tədbirdə rəqs qrupu haqqında videoçarx nümayiş olunub.
Çıxış edənlər qrupun fəaliyyətini yüksək qiymətləndirərək kollektivə yeni yaradıcılıq uğurları arzulayıblar.
“Azad” rəqs qrupunun ifasında “Cəngi”, “Naxçıvan”, “İspan”, “Azadlıq”, “Şərq”, “Alma”, “Azərbaycan süitası”, “Zəfər yolu”, “Üzüm”, “İncilər”, “Odlar yurdu” rəqsləri nümayiş olunub. Həmçinin gənc müğənnilərin çıxışı tədbirə xüsusi rəng qatıb.
Sonda qrupun rəhbəri və üzvləri Mərdəkan Mədəniyyət Sarayı tərəfindən diplomla təltif olunublar.