Türkiyənin Eskişehir şəhərində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının (1924–1990) 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Proqram Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə ərsəyə gəlib.

“Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı və Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı görkəmli sənətkarın yaradıcılığı, Azərbaycan mədəniyyətinə, aşıq sənətinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonra Azərbaycan və Türkiyənin saz ifaçılarının təqdimatında Mikayıl Azaflının əsərləri səslənib.