Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və iştirakı ilə dekabrın 1-dən 5-dək Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçiriləcək. Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunan beynəlxalq festivalda müxtəlif ölkələrdən təşrif buyuran və yerli teatrlar öz tamaşaları ilə təmsil olunacaq.
Festivalın açılış günündə bildirilib ki, Şəki Dövlət Dram Teatrı görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək. Premyerası olacaq tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev və digərləri ifa edirlər.