
Tədbirin məqsədi turizm şirkətlərinin əməkdaşlarını və 2010-cu ildə Turizm İnstitutundan məzun olacaq tələbələri tarixi-mədəni qoruqlarla yerində tanış etmək, onlara qoruqlar, turizm potensiallı məkanlar haqqında daha ətraflı məlumat vermək, yerlərə yerli və əcnəbi turistlərlə iş təcrübəsi qazandırmaqdır.
Məlumatda o da bildirilir ki, yaxın günlərdə Azərbaycandakı xarici səfirliklərin əməkdaşları və digər turizm şirkətləri üçün də bu səpkidə ekskursiyaların təşkil olunması nəzərdə tutulur. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Fəxriyyə Abdullayeva