
Xatırladaq ki, 2010-cu ildə “Nərimanfilm” kinostudiyasının “Gürcüstanfilm” və “Baqirafilm” (Gürcüstan) studiyaları ilə birgə çəkdiyi “Sahə” filmi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gəlib. Film indiyədək bir neçə festival və müsabiqədə uğur qazanıb. Ekran əsəri bu ilin mayında Moskvada keçirilən XIII beynəlxalq detektiv filmlər festivalının (“DetektivFest”) xüsusi mükafatına, iyunda isə Ukraynanın Truskaves şəhərində keçirilən “Zolotaya pektoral” kinofestivalında “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb.