
Festivalda dünyanın 30-dan çox ölkəsindən, o cümlədən Azərbaycandan musiqiçilər iştirak edirlər.
Solist Mehri Əsədullayev (kamança), Yasəf Eyvazov (ud), Rəşad İlyasov (qanun), Tahir Haqverdiyev (tar), Ramin Həsənov (skripka) və Mühiddin Can Şimşəyin (nağara) daxil olduğu xalq çalğı alətləri ansamblı tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim edib. Fatimə Fətəliyevanın və İlham Kərimlinin ifasında Azərbaycan xalq rəqsləri də çox uğurlu təsir bağışlayıb və alqışlarla qarşılanıb.