
Əbülfət Salahovun quruluş verdiyi tamaşada düz yoldan yayınan, evlərə qənim kəsilən oğrunun başına gələn əhvalatlardan bəhs edilir. Rolları Əməkdar artist İqrar Salamov, aktyorlar Xanlar Həşimzadə, Brilyant Babayeva, Çinarə Səmədova və başqaları ifa ediblər.
Şamaxı Mədəniyyət mərkəzində nümayiş etdirilən tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
...Lənkəran Dram Teatrı isə Cəlilabadda tamaşa göstərib
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad rayonunda qastrol səfərində olub.
Cəlilabadın mədəniyyət işçiləri və Xalq teatrının üzvləri ilə keçirilən görüşdə çıxış edən

Sonra Lənkəran teatrının truppası tərəfindən tədbir iştirakçılarına Üzeyir Hacıbəylinin felyeton, pamflet və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşası təqdim olunub. Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sücəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Rauf Zeynalov, Emin Fərzullayev, Hikmət Cəfərov və digərləri ifa ediblər.
Qeyd edək ki, “Olanlardan-keçənlərdən” tamaşasının premyerası 1985-ci ildə olub. Tamaşanın lent yazısı Azərbaycan Dövlət Televiziyasının fondunda saxlanılır.