 
										
										Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzi daha bir yeniliyə imza atıb. Teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və həvəsləndirilməsi məqsədilə birgə mükafat təsis edilib. 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 87-ci teatr mövsümü ərzində uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyətinin üzvləri “İlin ən yaxşı aktyoru”, “İlin ən yaxşı aktrisası”, “İlin debüt tamaşası” və digər nominasiyalar üzrə mükafatlandırılacaqlar. 
 
						













 
									




