
Bu fikri TÜRKSOY təşkilatının baş direktoru Düseyn Kaseinov bildirib. Baş direktor qeyd edib ki, məhz bu məqsədlə Azərbaycan Dövlət Opera və Balet Teatrında qazax operasının səhnələşdirilməsi razılaşdırılıb. Türkiyənin “Kərim” operası isə Qazaxıstan səhnəsində tamaşaya qoyulacaq. Təşkilat rəhbərinin bildirdiyinə görə, bu günlərdə 125 illiyi qeyd olunacaq dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası Astana (Qazaxıstan) və Bişkek (Qırğızıstan) opera teatrlarının repertuarına salınıb.