
Çıxış edənlər təmsil etdikləri müəssisələrin mövcud vəziyyəti barədə məlumat verib, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.
Müşavirədə “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın mədəniyyət işçiləri tərəfindən dərindən öyrənilməsi zərurəti xüsusi vurğulanıb.