
* * *
Beynəlxalq Muzeylər Günü ilə bağlı 16-18 may tarixində Lənkəranda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində və Həzi Aslanovun ev-muzeyində "Muzeylər gecəsi" aksiyası keçirilib. Azərbaycanda muzey işi və muzey quruculuğunda Heydər Əliyevin rolu mövzusunda mühazirə oxunub. Tarix-diyarşünaslıq muzeyində “Lənkəranın maddi mədəni nümunələri” mövzusunda mühazirə təqdim olunub.
* * *
Beynəlxalq Muzeylər Günü münasibətilə Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində xalçaçılıq sənətinə həsr olunmuş “Yüzilliklərin hikmətini yaşadan xalçalar” adlı ədəbi-bədii gecə keçirilib. Muzeyin qarşısında xalçaçılıq məmulatlarından ibarət sərgi təşkil edilib. Üç gün müddətində məktəblilərin, rayon sakinlərinin, əcnəbi turistlərin muzeyə pulsuz baxışı təmin olunub.