
“Təhsil” nəşriyyatında çapdan çıxmış kitabın müəllifləri Xuraman İsmayılova, Esmira Fuad və Əli Eyvazovdur. 590 səhifəlik nəşrdə Qubanın təbiəti, tarixi, mədəniyyəti və tanınmış adamları haqqında geniş məlumatlar yer alıb.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, ağsaqqal Həsən Günəşli rayonun tarixi keçmişini, bugünkü inkişafını hərtərəfli araşdıraraq belə kitabın nəşrinə nail olduqlarına görə müəlliflərə öz minnətdarlıqlarını bildiriblər.