Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir.
Qastrol proqramında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da iştirak edir.
Akademik Opera və Balet Teatrının simfonik orkestri, solistləri və xor kollektivi 28-29 mart tarixlərində Mingəçevir şəhərində çıxış edəcək.
Bu barədə teatrdan məlumat verilib.
Qastrolun ilk konserti Mingəçevir Dövlət Dram Teatrında, növbəti konsert şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qeyd edək ki, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə qastrol proqramı may ayınadək davam edəcək.



















