Şəki Dövlət Dram Teatrında yazıçı-dramaturq Pərvinin müəllifi olduğu “Mən öləndə ağlama...” pyesi əsasında eyniadlı monotamaşanın məşqləri yekunlaşıb. Tamaşa oktyabrın 19-da nümayiş olunacaq.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Teatrın gənc aktrisası Aytac İsmayılzadənin oynadığı monotamaşada ruhi dispanserdə müalicə alan, həyatı boyu psixoloji sarsıntılar yaşamış gənc Leylanın əzablı taleyindən bəhs olunur.