Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 17 nömrəli Uşaq musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert proqramını təqdim edib.

Mayın 29-da keçirilən konsertdə əvvəlcə məktəbin birləşmiş xor kollektivi (xormeyster Raya İbrahimova, konsertmeyster Cəmilə Əliyeva) çıxış edib.

Sonra Əməkdar artist İlahə Hüseynovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlərin – məktəbin müvafiq ixtisaslar üzrə şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.

Konsertdə Rahim Əhmədzadə, Günay Quluzadə, Bəhram Binnətov, Əsra Əlizadə, Əsma Əlizadə, Qönçənur İsmayılova, Ayan Qafarova, Ayan Əliyeva, Zəhra Şükürova, Zəhra Şahməmmədli, Fatimə Cabbarova, Atilla Zurufçu, Asya Quluzadə, Zəhra Qafarova, Ofeliya Abdurəhmanova, Yağmur Yusifli, Leyla Abdullazadə və İnci Əsədova (hamısı piano), Rüfət Fərəcli və Əli Babazadə (nağara), Cavid Əmirov, Əliəkbər Qurban və Əli Quluzadə (tar), Hüseyn Əhmədov (vokal), Musa İsmayılov (qarmon), Mürvətəli Quluzadə (kamança), Rüstəm Məmmədzadə (klarnet), Nuray Həşimli və Fidan Qafarova (qanun) çıxış ediblər.

Sonda 17 nömrəli Uşaq musiqi məktəbinin direktoru Samirə İsayeva çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.