Paytaxtdakı H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Kilimarası” kukla teatrının “Cırtdan” tamaşası, Bakı Uşaq və Gənclər Teatrının “Tamaşa” adlı səhnə əsəri Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan aksiyanın məqsədi teatrların cəmiyyətdə mənəvi dəyərlərin formalaşmasında mühüm rolunu diqqətə çatdırmaqdır.

“Cırtdan”ın rejissoru Rəşad Yaqubov, “Tamaşa”nın rejissoru isə Əməkdar artist İntiqam Soltandır.

Hər iki tamaşa lənkəranlı sənətsevərlər tərəfindən maraqla qarşılanıb.