Gəncə Dövlət Milli Dram Teatrında cari ilin repertuar planına uyğun olaraq, gürcü dramaturqu Nodar Dumbadzenin "Kukaraça" əsəri üzərində yaradıcılıq işlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Cikokidze, quruluşçu rəssamı Lomqul Murusidzedir.
Sənət layihəsi Gəncə Dövlət Milli Dram Teatrı ilə Ozurgeti Milli Dram Teatrı arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində reallaşır.
Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.