İspaniyanın rəqəmsal incəsənət platforması "People Art Factory" tərəfindən təqdim olunan beynəlxalq sənət layihəsində Azərbaycanın tanınmış sürrealist rəssamı Mehriban Əfəndinin yaradıcılığına da yer ayrılıb.
"People Art Factory"nin III Dünya İncəsənət Festivalı müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirən beynəlxalq layihə kimi müasir incəsənətin rəqəmsal məkanda təqdimatına imkan yaradır.
Mehriban Əfəndinin bu festivalda iştirakı onun yaradıcılığının beynəlxalq auditoriyaya təqdim olunması ilə yanaşı, Azərbaycan incəsənətinin dünya sənət məkanında tanıdılmasına töhfə verən mədəni hadisədir.
Rəssamın əsərlərində sürrealizm, simvolizm və fərdi bədii təxəyyül bir araya gələrək tamaşaçıya özünəməxsus vizual dünya təqdim edir.






















