Əməkdar artist, uzun illər Azərbaycan Radiosunun diktoru olmuş Sevda Məmmədzadə 2026-cı il sentyabrın 18-də, 95 yaşında vəfat edib.

Sevda Məmmədzadə (Sevda Saleh) 1931-ci il sentyabrın 13-də Şəkidə anadan olub.

1955-ci ildə Azərbaycan Radiosunda diktor kimi fəaliyyətə başlayıb. “Ailə və məktəb”, “Musiqi təqvimi”, “Gənclik” və digər radio verilişlərinin aparıcısı olub. 

1990-cı ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

60 ilə yaxın radio diktoru kimi fəaliyyət göstərən Sevda Məmmədzadə böyük dinləyici auditoriyasının rəğbətini qazanıb. O, həmçinin zəngin təcrübəsini bu peşəyə gələn gənclərlə bölüşüb, onlara dəyərli tövsiyələr verib.

Allah rəhmət eləsin!