Avqustun 26-da Nepalın Çinlə sərhədindəki dağlıq ərazidə (Himalay dağ silsiləsinin ətəkləri, Tibet bölgəsi) baş verən misli görünməmiş sel fəlakəti 800-dən çoxu əcnəbi turist-zəvvar olmaqla, təxminən 1500 nəfərin həyatına son qoyub.
Məlumatlara görə, ərazidə əvvəlcə zəlzələ baş verib, ardınca dağın zirvəsindəki buzluğun qoparaq aşağı sürüşməsi nəhəng palçıq axınına və dağ çaylarının daşmasına səbəb olub.
Metrlərlə hündürlüyü olan sel-palçıq axını boyunca yaşayış məskənləri yerlə-yeksan edilib.
Ölənlərin və itkin düşənlərin əksəriyyəti Tibetdəki "Kailash Mansarovar Yatra" ziyarətinə gedənlər olub. Dini ziyarət üçün Himalaya yola düşən zəvvarlar üçün bu səfər faciə ilə nəticələnib.
Fəlakət qurbanları arasında 200-dən çoxu hindlilər olmaqla, 30-dan çox ölkənin vətəndaşları var.
Hindlilərin inancına görə, hündürlüyü 6638 metr olan Kailash dağı tanrı Şiva və ilahə Parvatinin məskənidir, ərazidəki Mansarovar gölünün suları isə möminləri günahlardan təmizləyir.
Bununla yanaşı, sözügedən dağ və göl həm də buddistlər, caynistlər və Tibetin "Bön" dininin mənsubları üçün müqəddəs sayılır.





















