Xəbər verildiyi kimi, 18-19 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilib.

Konqres-festival çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) elmi kitabxanasında Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Ozan aşıq sənəti və ədəbiyyatı”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” və “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitablarının təqdimatı olub.

Bu barədə NDU-dan məlumat verilib.

Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov tədbiri açaraq Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və milli-mədəni irsin qorunmasında bu cür nəşrlərin əhəmiyyətini vurğulayıb.

Professor Məhərrəm Qasımlı çıxışında tədbirin təşkilinə görə təşəkkürünü bildirib. O, aşıq sənətinin qədim köklərindən bəhs edərək bu sənətin əsrlər boyu xalqın tarixini, milli düşüncəsini və mənəvi dəyərlərini yaşatdığını vurğulayıb, Naxçıvan torpağının da Azərbaycan aşıq sənətinin formalaşması və inkişafında mühüm rol oynadığını, bölgənin zəngin folklor olduğunu diqqətə çatdırıb.

NDU-nun professoru Yusif Səfərov, Azərbaycan ədəbiyyatı kafedrasının dosentləri Xanəli Kərimli, Aypara Behbudova, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva professor Məhərrəm Qasımlının Azərbaycan folklorşünaslığına verdiyi töhfələrdən bəhs edərək onun elmi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndiriblər.

Bədii hissədə aşıqlar Elməddin Hacıbayramlı, Nurəddin Kəlbəcərli, İmralı Körpülü və Xanım Göyçəli tərəfindən aşıq havaları ifa ediblər.