Azərbaycan Turizm Bürosu (ATB) iyunun 15-də İspaniyanın Barselona şəhərində keçirilən “WiT Phocuswright Middle East” tədbirində iştirak edib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qlobal turizm sənayesinin aparıcı nümayəndələrini və innovasiya liderlərini bir araya gətirən tədbirdə sektorun inkişaf tendensiyaları, bazar dinamikası və gələcək perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində ATB idarə heyətinin sədri Florian Zenqstşmid panel müzakirələrində iştirak edərək qlobal turizm təcrübələri, Azərbaycanın turizm destinasiyası kimi mövqeyi və ölkədə turizmin inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

Müzakirələr zamanı destinasiyaların mövqeləndirilməsi, regional turizm dinamikası, məlumat əsaslı qərarvermə yanaşmaları və turizmin inkişafında sosioloji amillərin rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

“WiT Phocuswright Middle East” turizm sənayesinin gələcəyi və Yaxın Şərq regionunun qlobal turizm ekosistemində rolu ilə bağlı müzakirələr üçün aparıcı beynəlxalq platformalardan biri hesab olunur.