Milli Kitabxana respublikamızda yaşayan azsaylı xalqların mədəniyyətini nümayiş etdirmək məqsədilə hazırlanan virtual sərgini istifadəçilərə təqdim edib.
Bu barədə kitabxanadan məlumat verilib.
Virtual sərgidə (http://anl.az/el/vsb/Azerbaycanda_yasayan_azsayli_xalqlar/index.htm) azsaylı xalqların ədəbiyyatı, mədəniyyəti, adət-ənənələrinə dair kitab və məqalələr, fotolar təqdim olunur.
Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar. Bu həmrəylik 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapıb. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda xalqlar dostluq, qardaşlıq şəraitində yaşayırlar və bu dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə çiyin-çiyinə mübarizə aparmağa hazırdırlar.
Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Müxtəlif etnik qruplar özünəməxsus mədəniyyətlərini qoruyub saxlayırlar və dövlət tərəfindən onlara bu istiqamətdə dəstək göstərilir.



















