Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəyə başlayır.
MEMİM-dən bildirilib ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliğ edilməsi və bu sahədə savadlılığın artırılmasına dəstək olmaqdan ibarətdir.
İlk seminar iyunun 11-i saat 14:00-da Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə keçiriləcək.
Giriş sərbəstdir.



















