Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri gedişində Cıcian əyalətində yerləşən Hucou Pedaqoji Universitetində olub.

Bu barədə BSU məlumat yayıb.

Görüş zamanı tərəflər arasında ali təhsil, elmi-tədqiqat, akademik mübadilə və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Müzakirələrin yekununda Bakı Slavyan Universiteti ilə Hucou Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə iki ali təhsil müəssisəsi arasında tərəfdaşlıq əlaqələrinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə və akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.