Mayın 23-də Azərbaycan Milli Kitabxanasının 103 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada elektron məlumat bazası, “Azərbaycan Milli Kitabxanası – 1923-2026” adlı virtual və “Azərbaycan Milli Kitabxanası –103” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanandan verilən məlumata görə, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli lider Heydər Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli şəxsiyyətlər Milli Kitabxana haqqında”, “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Virtual sərgidə rəsmi sənədlər, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat məqalələri tam mətnləri ilə təqdim olunur.

Ənənəvi sərgidə isə Milli Kitabxananın bir əsrlik tarixi və keçdiyi inkişaf yoludan bəhs edən kitablar yer alıb.