Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı may ayında da davam edir.
May ayında qastrol proqramı Xaçmaz, Quba və Naxçıvan Muxtar Respublikasını əhatə edəcək.
Layihə paytaxt və bölgələri vahid qastrol proqramı çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən sistemli mədəni təşəbbüsdür.
5 may – Xaçmaz şəhəri
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi (saat 16:00)
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
6 may – Quba şəhəri
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi (saat 12:00)
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
22 may – Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev Sarayı (saat 19:00)
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
Qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.



















