Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinin buraxılış-hesabat konserti keçirilib.

Tədbir mərhum balet ustası, Xalq artisti Tamilla Şirəliyevanın (1946–2025) 80 illik yubileyinə həsr olunub. Tamilla Şirəliyevanın Azərbaycan xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə ehtiram əlaməti olaraq tərtib edilən konsert proqramında milli rəqslər və məşhur balet əsərlərindən parçalar yer alıb. 

BXA tələbələrinin ifasında “Toy rəqsi”, “Qız Qalası” baletindən adajio, "Qarabağ yallısı", “Sarı gəlin”, “Yatmış gözəl” baletindən vals, “Qazağı” rəqsi, “Don Kixot” baletindən Kitrinin variasiyası və digər rəngarəng xoreoqrafik nömrələr tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-Zadədir.