26 aprel – Dünya Əqli Mülkiyyət Günü (World İntellectual Property Day) münasibətilə Milli Kitabxanada sərgi təşkil edilib.

Kitabxanadan bildirilib ki, əqli mülkiyyət hüquqlarının, yaradıcılıq və ixtiraların qorunmasının təbliği məqsədilə açılan sərgidə müvafiq qanunvericilik aktları, beynəlxalq standartlar, ticarət nişanları və sənaye nümunələri, Azərbaycan folkloru nümunələri, qeyri-maddi mədəni irs nümunələri, erməni plagiatçılığı və s. haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Xatırladaq ki, 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization – WIPO) təşəbbüsü ilə təsis edilən Dünya Əqli Mülkiyyət Gününün məqsədi insan yaradıcılığının, ixtiraların və innovasiyaların qorunmasının əhəmiyyətini cəmiyyətə çatdırmaqdır.

Hər il bu gün müəyyən bir mövzu-deviz altında keçirilir. 2026-cı il üçün “Əqli mülkiyyət və idman: hazır olun, təyin edin, innovasiya edin!” devizi seçilib.