Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiqlənmiş Qaydaya uyğun olaraq, 2026-cı ilin iyul ayından etibarən Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq, ev və xatirə muzeyləri, mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin attestasiyası keçiriləcək.

Bununla əlaqədar Heydər Əliyev mərkəzlərində və muzeylərdə rəhbər və mütəxəssis vəzifələri, həbelə mərkəzləşdirilmiş kitabxana sistemlərinin bəzi vəzifələri üzrə attestasiya proqramları və işçilərin attestasiyasına dair tez-tez verilən suallar və cavablar təqdim olunur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində rəhbər və mütəxəssis vəzifələrində çalışan işçilərin attestasiya Proqramı

Mərkəzləşdirilmiş kitabxana sistemlərində operator (kompüter operatoru, kompüter üzrə mütəxəssis), sistem inzibatçısı, proqramçı, multimedia mütəxəssisi (multimedia resursları üzrə mütəxəssis), informasiya texnologiyaları üzrə mütəxəssis (kitabxanaçı – informasiya texnologiyaları üzrə mütəxəssis), Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri və İnformasiya-resurs şöbəsinin müdiri vəzifəri üzrə attestasiya proqramı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə rəhbər və mütəxəssis vəzifələrində çalışan işçilərin attestasiya proqramı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki bəzi müəssisələrdə çalışan işçilərin attestasiyasına dair tez-tez verilən suallar və cavablar