Albaniyanın tanınmış ictimai xadimi, diplomat, Mediterranian Universitetinin prorektoru, tarix elmləri doktoru Arben Cici Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Muzeyшт Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin əməkdaşı Nəzrin Yusifova qonaqla ingilis dilində ekskursiya aparıb, onu muzeyin zəngin ekspozisiyası ilə tanış edib.

Arben Cici Azərbaycan ədəbiyyatı və tarixi mövzusunda muzeydə sərgilənən müxtəlif növ əsərləri seyr edib, onlar haqqında ətraflı məlumat əldə etməkdən zövq aldığını dilə gətirib.

Sonda qonaq böyük Azərbaycan şairi Nizami Gəncəvi irsi, tədqiqat tarixi haqqında müəllifi olduğu kitabı Ədəbiyyat Muzeyinə hədiyyə edib.