Gəncə Dövlət Kukla Teatrı Novruz bayramı günlərində balaca tamaşaçılarını maraqlı və əyləncəli nağıl dünyasına dəvət edir.
Martın 20-dən 30-dək teatr tərəfindən “Göysaqqalın hiyləsi” tamaşası nümayiş olunur.
Səhnə əsəri fransız yazıçı Ş.Perronun “Göysaqqal” nağılının motivləri əsasında hazırlanıb.
Novruz ab-havası, maraqlı personajlar və Göysaqqalın məzəli hiylələri ilə dolu tamaşa balacalara unudulmaz anlar yaşadır.
Gəncə Dövlət Kukla Teatrı bu macəranın bir hissəsi olmaq istəyən balacaları gündə dörd seans (11:00, 12:00, 13:00, 14:00) tamaşaya baxmağa dəvət edir.






















