Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Sloveniyanın RTV telekanalının əməkdaşları ilə görüş keçirilib.
Bu barədə AKİ-dən məlumat verilib.
AKİ-nin katibi, rejissor və prodüser Tahir Tahiroviçlə görüşdə telekanalın Bakıda əfsanəvi partizan, İkinci Dünya müharibəsində Sloveniyda həlak olmuş Mehdi Hüseynzadə haqqında film çəkməsi barədə söhbət aparılıb.
Tahir Tahiroviç müəllifi olduğu “Təxəllüsü: Mixaylo” filmi haqqında qonaqlara bəhs edib və Mehdi Hüseynzadə haqda olan arxiv materiallarını həmkarlarına təqdim edib.
Rejissor həmçinin Sloveniya ilə sıx yaradıcı əlaqələrin şərəfinə Bakıda təsis etdiyi “Nova Gorica” kino mərkəzindən söhbət açıb.
RTV telekanalının əməkdaşları Zvezdan Martiç, Ziga Ropret və Ales Zivec T.Tahiroviçə rəhbəri olduğu kino şirkətinə Sloveniyanın şəhərinin adının verilməsindən məmnunluqlarını və təşəkkürlərini bildiriblər.





















