Mədəniyyət Nazirliyinin nümayəndələri martın 3-də tanınmış teatr və kino aktrisası, Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Kübra Əliyevanı evində ziyarət ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Kübra Əliyevanın zəngin sənət yolu olduğunu, onun tamaşa və filmlərdə bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını deyib. Aktrisanın həyat verdiyi obrazların geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılandığı vurğulanıb.
Qeyd olunub ki, sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Əməkdar artist Kübra Əliyeva yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib.



















