Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mart ayı üzrə repertuarını elan edib.  

Teatrın səhnəsində mart ayında ümumilikdə 24 tamaşa-nümayiş nəzərdə tutulub.

O cümlədən Novruz bayramı ilə bağlı məktəblərin də bayram tətilində olacağı nəzərə alınaraq, uşaqlar üçün tamaşalara xüsusi yer verilib. Səhnə əsərləri truppanın həm Azərbaycan, həm də rus bölmələri tərəfindən göstəriləcək.

Akademik Musiqili Teatrın axırıncı premyerası olan “Zal qızı Zalxa” tamaşasının da ay ərzində iki dəfə (8, 10 mart) nümayişi nəzərdə tutulur.