Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu elan olunub.

Qəbul prosesi vahid elektron sistem üzərindən və müsabiqə əsasında keçiriləcək.

Müraciətlər 16 fevral – 18 mart 2026-cı il tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron qaydada təqdim olunmalıdır.

Vətəndaşlar qəbul şərtləri, yaş hədləri, imtahan meyarları və digər məlumatlarla “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerdəyişməsi Qaydaları”nda tanış ola bilərlər.