Qazax Dövlət Dram Teatrı 2024-cü ildən repertuarında olan "Love butik" tamaşasını fevralın 14-də növbəti dəfə sənətsevərlərə təqdim edib.
Yazıçı Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" melodramı əsasında hazırlanan səhnə əsərinə Füzuli Dram Teatrının quruluşçu rejissoru Mirzə Nicat quruluş verib.
Tamaşanın quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.
Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Yusif Qoca, Minayə İbrahimova və Zəmanə Dərviş oynayırlar.
Tamaşa kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların aralarında yaranmış anlaşmazlıq uçurumunun kənarında son nəfəslərini verənədək mübarizə aparmalarından bəhs edir.
Nurəddin






















